Chief Information Officer (CIO)

İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: 1) İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; 2) Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; 3) İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək.
Checksum
Chief Information Security Officer (CISO)
OBASTAN VİKİ
Chief Keef
Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır. Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.
An Officer and a Gentleman
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.